Rumıniya parlamentinin nümayəndə heyəti Şuşada olub - FOTO
Yusif Nəzərli
17:35 28.04.2022
Qarabağ
476
Ölkəmizdə səfərdə olan Rumıniya Parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Şuşa şəhərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şuşada qonaqlar Qala divarları, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri ilə tanış olublar, Cıdır düzünə və Şəhər meydanına baş çəkiblər.
Rumıniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra buradakı tarixi abidələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətləri altında bərpa ediliblər.
Şuşaya səfər çərçivəsində qonaqlar yeni istifadəyə verilmiş Füzuli Hava Limanında da olublar. Qonaqlara məlumat verilib ki, qısa müddətdə tikilmiş bu hava limanı həm yük, həm də sərnişin təyyarələrini qəbul etmək imkanına malikdir.
Nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev müşayiət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Bərzaninin evinə PUA hücumunu pisləyib
03:03 29.03.2026
Region
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə