“Rusiya bizə arxadan “İsgəndər”lə zərbə vurdu” - Məsuliyyət daşıyır!
Banuçiçək Kalbalıyeva
12:49 13.04.2021
Qarabağ
942
Dünən Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər parkının açılışında iştirak edən zaman çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin Şuşaya atılan raketlərlə bağlı da danışıb: “Şuşanı ermənilər bu “İskəndər-M” raketləri ilə atəşə tutmuşdular. Ermənistan ordusunda bu raketlər haradandır? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur”.
“Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı.
Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətinin növbəti əyani sübutudur”. – deyə, prezident əlavə edib.
Millət vəkili Razi Nurullayev “Sherg.az”a açıqlamasında bildirib ki, məsələnin mahiyyətinə varmaq lazımdır:
“İskəndər-M”in Qarabağda istifadə edilməsi ancaq Ermənistanla bağlı deyil. Çünki düşmən ölkədə yalnız E” tipli raketlər var. Həmçinin Rusiyanın müharibə dövründə hər gün Ermənistana silah göndərdiyini nəzərə almaq lazımdır.
Bunu hətta Rusiyadakı Ermənistan lobbisi və diasporu edibsə belə, onlar üçün şərait yaradılıb. Sadəcə hər şey görməzlikdən gəlinir. Moskvadan xəbərsiz və onun iştirakı olmadan “İskəndər”in Qarabağda tətbiqi sadəcə mümkün deyil.
Bəzi adamlar öz bəyanatları ilə Kremlin “xətrinə dəyməməyə”, bütün məsuliyyəti Ermənistanın boynuna atmağa çalışırlar.
Halbuki indiyədək onun əleyhinə bircə platformada belə olmadığımız Rusiya bizə arxadan zərbə vurdu.
Hələ XX əsrdə ABŞ prezidenti Ronald Reyqanla SSRİ başçısı Qorbaçov arasında imzalanan müqaviləyə görə ortaq və uzaqmənzilli silahların tətbiqi qadağan edilirdi.
Rusiya bu müqaviləyə məhəl qoymadığı üçün beynəlxalq məsuliyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə