Rusiyanın məkirli planı: “Qarabağda demoqrafik vəziyyəti dəyişmək istəyir”
Banuçiçək Kalbalıyeva
11:40 09.03.2021
Qarabağ
974
Laçın dəhlizində xidmət aparan rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlılar buraxılış məntəqəsində avtomobilləri saxlayaraq, qadınlara gül veriblər.
Sülhməramlıların heç də neytral olmadıqlarını, açıq-aydın tərəf tutduqlarını ilk gündən etibarən bilirik. Hətta bunu nümayiş etdirməkdən də çəkinmirlər. Yaxşı, görəsən, indiki provokasiya son həddirmi? Yoxsa, yenə “oyunlar” olacaq? Atalar demiş, “ayının min oyunu bir armudun başındadır...”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev sözügedən təxribatla bağlı fikirlərini “Sherg.az”la bölüşdü. O, bu cür halların “ənənəvi” xarakteri daşıdığını bildirdi:
“İstər çar, istərsə də bolşevik rejimi dövründə rusların ermənilərə sevgisi göz qabağında olub. Rusiya Ermənistana həmişə quberniya kimi baxıb. Beləliklə, bölgədə maraqlarını təmin edib. Bilirsiniz ki, üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq azərbaycanlı əhali öz dədə-baba torpaqlarına qayıtmalı idi. Lakin BMT-nin həmin missiyasını mənimsəyən rus sülhməramlılar bu tələbi yerinə yetirmədilər. Onlar düşmənlərin rəğbətini qazanaraq öz istəklərini həyata keçirməklə məşğuldurlar”.
F.Quliyev, həmçinin bildirdi ki, təxribatlar nəticəsiz qalacaq:
“Müxtəlif motivasiyalar, o cümlədən süni yolla demoqrafik vəziyyəti dəyişmək “hədəfə dəyməyəcək”. Bizim dəmir iradəmiz ortadadır. Prezident İlham Əliyev də sülhməramlıların Qarabağda müvəqqəti xarakter daşıdığını müsahibələrində dəfələrlə xatırladıb. Yəni ruslar nə qədər çalışsalar da, öz missiyalarından kənar hərəkət edə, nəyəsə nail ola bilməzlər. Onların bir dövlət kimi bizi özümüzdən çıxarmaq səyləri effekt verməyəcək. Azərbaycan “biləyi” ilə qazandığı qələbəni diplomatik yolla sona çatdıracaq. Yarımçıq qalan problemlər də bizim xeyrimizə həllini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya