Sərt təpki:“Rusiya və Ermənistan razılaşmanı heçə sayır”
Banuçiçək Kalbalıyeva
10:04 26.04.2021
Qarabağ
922
“Qarabağda Azərbaycanın suveren hüquqlarını pozmaqda davam edirlər”
“Düşmən qüvvələrin siyasi və diplomatik təzyiqləri qarşısında Azərbaycan zərrə qədər də geri çəkilməməlidir!”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
Professor məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Rusiya və Ermənistan mövcud razılaşmaları heçə sayaraq Qarabağda Azərbaycanın suveren hüquqlarını pozmaqda davam edirlər və bütün vasitələrlə bu ərazilərdə möhkəmlənməyə çalışır. İrəvan şəhər rəhbərliyinin Xankəndinə “rəsmi” səfəri və qondarma rejimin başçıları ilə müxtəlif sənədlərin imzalanması, Rusiya sülhməramlılarının Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər üçün bir aylıq “vətənpərvərlik aksiya”sının təşkili, davamlı şəkildə onlara humanitar yardım paylanması, müxtəlif yerlərdə ermənilər üçün tibbi yardım məntəqələrinin təşkili düşmən qüvvələrin əsl niyyətlərini ortaya qoyur. Bütün bunlar Azərbaycan hakimiyyətinin qəti addımlar atmasını labüd edir”.
S.Məmmədli görülməsi vacib olan tədbirləri də sadaladı:
“Rəsmi Bakı məcburi köçkünlərimizin Xankəndi və ətraf ərazilərə qaytarılması, Rusiya sülhməramlılarının statusunun müəyyənləşdirilməsi məsələlərində və düşmən qüvvələrinin “İskəndər” raketindən istifadə etməsinə aydınlıq gətirilməsi tələbində daha qətiyyətli olmalıdır. Həmin istiqamətlərdə birmənalı addımlar atılmalıdır.
Azərbaycan Ermənistanın bu illər ərzində ölkəmizə vurduğu ziyanı tələb etməli və düşmən ölkə həmin maddi vəsaiti ödəyə bilmədiyi halda Zəngəzuru və Göyçə torpaqlarını təhvil verməlidir.
Son günlər beynəlxalq güc mərkəzlərində ermənipərəst qüvvələrin diplomatik canfəşanlığı və Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyətləri, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya XİN rəhbəri Lavrovun, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Karasinin bəyanatları ölkəmizə qarşı atılmış addımlardır.
Bu bəyanatlar fonunda Azərbaycan rəhbərliyinin ATƏT-in Minsk qrupuna Qarabağdakı proseslərə yenidən qarışmasına razılıq verməsini doğru hesab etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq