Yaş və aylıq gəlir səviyyəsi artdıqca işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istəyənlərin çəkisi də artır. Orta peşə-ixtisas təhsilli və ali təhsillilərin ziyarət niyyəti digər təhsil qruplarındakı şəxslərə nisbətdə daha yüksəkdir. Yuxarı Qarabağdan olan respondentlərin 86 faizi işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir. Paytaxtda məskunlaşan respondentlərin isə 63,3 faizi eyni cavab variantını seçib. Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir. Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi isə bu ərazilər önə çıxıb – Şuşa (85 faiz), Kəlbəcər (53 faiz) və Laçın (44,5 faiz).
Sorğunun məqsədi aydın görünmür
Məlahət Rzayeva
12:30 05.06.2021
Qarabağ
795
"Qarabağ təkcə Şuşadan, Kəlbəcər və Laçından ibarət deyil"
"Qarabağın hər kəndində, hər oymağında insanlar yaşamalı, qurub yaratmalıdırlar"
Sosial Tədqiqatlar Mərkəzi əhalinin işğaldan azad olunan torpaqları ziyarət etmək niyyəti ilə bağlı sorğu keçirib. Sorğunun nəticələrinə əsasən infrastrukturun tam bərpa olunması halında 67,1 faiz respondent dərhal, 18 faiz respondent isə bir neçə aydan sonra həmin yerləri ziyarət edəcəyini bildirib. Demək olar ki, hər 10 nəfərdən biri işğaldan azad olunan torpaqları yalnız bir neçə ildən sonra ziyarət etmək niyyətinin olduğunu ifadə edib. Cəmi 5 faiz iştirakçı dövlətin təhlükəsizlik tədbirlərinin görülməsindən, ərazilərin minalardan təmizlənməsindən sonra ziyarət edəcəyini bildirib.
Yaş və aylıq gəlir səviyyəsi artdıqca işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istəyənlərin çəkisi də artır. Orta peşə-ixtisas təhsilli və ali təhsillilərin ziyarət niyyəti digər təhsil qruplarındakı şəxslərə nisbətdə daha yüksəkdir. Yuxarı Qarabağdan olan respondentlərin 86 faizi işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir. Paytaxtda məskunlaşan respondentlərin isə 63,3 faizi eyni cavab variantını seçib. Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir. Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi isə bu ərazilər önə çıxıb – Şuşa (85 faiz), Kəlbəcər (53 faiz) və Laçın (44,5 faiz).
Maraqlı nəticədir. Görəsən əhalinin Şuşa, Kəlbəcər, Laçına olan üstün marağının əsasında nə dayanır - bu ərazilərin daha səfalı olmasımı, amma Qarabağın və təkcə Qarabağ da deyil, ümumən Azərbaycanımızın hər yeri cənnətdir. Və işğaldan azad edilən torpaqlarımızın da hər qarışı bizim üçün əzizdir. Əziz olmalıdır, əslində. Bəlkə Kəlbəcərin müalicəvi əhəmiyyətli mineral suları cəlb edir insanları. Laçının quş qonmaz dağları. Şuşa sevgisinin izahına ehtiyac yoxdur. Ola bilsin o yerlər istirahət zonaları, gəzməli-görməli yerlər kimi daha çox tanınıb. Hansı tərəfdən baxsaq, yenə ortaya suallar çıxır. Ümumiyyətlə, keçirilən sorğuda “işğaldan azad olunmuş ərazilərdən hansı bölgəyə daha çox getmək istəyirsiniz” kimi bir suala nə ehtiyac vardı? Sorğunun məqsədi aydın görünmür. 30 ilə yaxın işğal altında qalmış ərazilərin hər birinə oranın yerli insanları ayaqyalın, başı açıq getməyə də hazırdır. Bu 3 ərazinin bu şəkildə önə çıxarılması Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Xocalı, Xankəndi… camaatını incidə bilər.
Əslən Cəbrayıl rayonundan olan həmkarımız Seymur Verdizadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, Vətənimizi ayrı-seçkilik etmədən, fərq qoymadan bu başından o başına kimi sevməliyik:
- Şuşa Azərbaycanın incisidir. Buna görə də respondentlərin böyük əksəriyyətinin Şuşanı görmək istəməsi təbiidir. Kəlbəcər də, Laçın da gəzməli, görməli, ziyarət etməli yerlərdir. İnsanların uzun illər işğal altında qalan bu yerlərə can atması təbiidir. Amma mən hesab edirəm ki, biz Vətəni bu başından o başına kimi sevməliyik. Yəni rəsmi təbliğatımız bu istiqamətdə olmalıdır. Mən Cəbrayıllıyam, amma Zərdab da mənə Cəbrayıl qədər doğma və əzizdir. Nə yaxşı ki, cəmiyyətin böyük əksəriyyəti bu cür düşünür. Müasir Azərbaycan gənci bu ruhda böyüyüb. Əgər belə olmasaydı, Zərdabda doğulan gənc heç vaxt görmədiyi Cəbrayıl uğrunda şəhid olmazdı. İşğaldan azad olunmuş torpaqların hər qarışı bizim üçün əzizdir. Qarabağ təkcə Şuşadan, Kəlbəcər və Laçından ibarət deyil. Qarabağın hər kəndində, hər oymağında insanlar yaşamalı, qurub yaratmalıdırlar. Rəsmi təbliğat da məhz bu istiqamətdə olmalıdır. Qarabağda bir qarış torpağı da boş qoymağa haqqımız yoxdur!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bloger Vazgen Saqatelyanın ev dustaqlığı ləğv edilib
19:17 01.06.2026
Region
Bakıda şəhid atası gəlinini öldürüb
18:55 01.06.2026
Hadisə
Yevlax sakini Bakıda qətlə yetirilib, qaynı tutulub
18:34 01.06.2026
Hadisə
Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin sayı açıqlandı
18:17 01.06.2026
Cəmiyyət
Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək
17:59 01.06.2026
Gündəm
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
17:58 01.06.2026
Gündəm
Putinin “gizli ailəsi”: İki oğlunun olduğu bildirilir - FOTO
17:53 01.06.2026
Dünya
SON DƏQİQƏ: İran ABŞ-la danışıqları dayandırdı
17:48 01.06.2026
Gündəm
Sabah BTQ dəmir yolu xətti istifadəyə veriləcək - FOTO
17:24 01.06.2026
İnfrastruktur
Medvedev: Paşinyan axırda Avropaya qaçacaq
17:22 01.06.2026
Gündəm
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edilib
17:09 01.06.2026
Media
Azərbaycanda uşaqların sosial müdafiəsi gücləndirilir
16:57 01.06.2026
Cəmiyyət
Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
16:01 01.06.2026
Ekologiya
Makron Trampla Yaxın Şərqi müzakirə edib
15:13 01.06.2026
Gündəm