Şuşa tonqalı və ya düşmənə tərs şillə: “Azərbaycan İrəvanda, Zəngəzurda tonqal qalayacaq”
Banuçiçək Kalbalıyeva
09:36 18.03.2021
Qarabağ
1003
Ermənistandakı müxalifət partiyasının nümayəndələri Novruz bayramı günü İrəvanın Respublika meydanında tonqal qalamağa qərar veriblər. Bu barədə yerli media orqanları yazıb. Görünür, vəziyyət o həddə çatıb ki, narazı qüvvə pənahı artıq oda gətirir. Onlar "Ağırlığım, uğurluğum..." deyərək tonqalın üstündən tullanacaq və yəqin ki, həmin anlarda hakimiyyətin ən qısa zamanda dəyişilməsini diləyəcəklər.
BDU- nun professoru, politoloq Əlimusa İbrahimov revanşistlərin vermək istədiyi mesajı "Sherg.az"a izah etdi:
"Təbii ki, keçmiş baş nazir Vazgen Manukyan başda olmaqla müxtəlifətin göstərmək istədiyi qonşu ölkələrlə həmrəylik nümayişi deyil. Onlar, heç olmasa, bu vasitə ilə insanları nümayişə çıxarmaq və Paşinyanı istefaya getməyə məcbur etmək istəyirlər. Eyni zamanda yerli xalqa bildirmək istəyirlər ki, iqtidar yaxın gələcəkdə dəyişməsə, Azərbaycan xalqı növbəti dəfələrdə özünün digər tarixi torpaqlarında- İrəvanda, Zəngəzurda...tonqal qalayacaq.
Əlbəttə, Manukyan və onun tərəfdarlarının proqnozları reallığa əsaslanır. Belə ki, Azərbaycan Prezidentinin ailə üzvləri ilə birlikdə Şuşada tonqal başına yığışacağını cəmi üç il əvvəl Ermənistanda kimsə təxmin edə bilməzdi. Amma Azərbaycan xalqı buna inanırdı".
Ə.İbrahimovun fikrincə, daha böyük uğurlarımız uzaqda deyil:
"Həmin inam indiki qələbəmizi təmin etdi. Xalq Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Beləliklə, biz Dəmir yumruğumuzla düşmənin başını əzdik.
Erməni camaatı Qarabağda- Azərbaycanda qalanan tonqalları indi həsrətlə xatırlayır. Manukyanın düşündüyü kimi, belə getsə, onlar daha ciddi intizar yaşayacaqlar.
Buna- ədalətin bərpasına biz də inanırıq. Bu inamı bizə Şuşada məğrur görkəmi ilə dayanan Ali Baş Komandan verib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə