Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndi istiqamətinə Füzuli rayonunun Alıxanlı kənd keçid postundan yola salınıb.
Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər yola salınıb.
Köç edən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Sakinlər həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.