Beynəlxalq Avrasiya Mətbuat Fondu 2024-cü il üçün Nobel Sülh Mükafatına namizədini açıqlayıb - FOTOLAR
Beynəlxalq Avrasiya Mətbuat Fondu 2024-cü il üçün Nobel Sülh Mükafatına namizədini açıqlayıb - FOTOLAR
09:25 03.06.2024
Cəmiyyət
487
“Sülhün Kökləri” təşkilatının qurucusu Heidi Kuhn bütün dünyada “Minaları Üzümlüklərə” çevirmək üçün namizəd oldu.
Ednews xəbər verir ki, 1992-ci ildə Azərbaycanda qeydiyyata alınmış, müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Sülhün Kökləri” təşkilatının qurucusu, “Minaları Üzümlüklərə” çevirmək - bütün dünyada minaları üzüm bağları və meyvə bağları ilə əvəz etmək səylərinə görə, 2024-cü ilin Nobel Sülh Mükafatı laueratı üçün Heidi Kuhnun namizədliyini irəli sürməsi ilə bağlı açıqlama verib.
Keçmiş minalanmış sahələrdə yeddi milyondan çox ağac əkərək, Heidi Kuhn, dünya miqyasında müharibədən əziyyət çəkən torpaqlarda yaşayan milyonlarla fermer və ailənin həyatına birbaşa təsir edib.
Bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev Xəzər dənizi sahilində neftlə var-dövlət qazanmış iş adamı Alfred Nobelə vaxtilə doğma evi kimi olmuş şəhərdə - Bakıda, Azərbaycanda keçirilən Mina Aksiyası üzrə 3-cü Beynəlxalq Konfransda rəsmi açıqlama verib:
“Alfred Nobelin ən məşhur ixtirası dinamit idi, hansı ki, bu minaları zərərsizləşdirmək üçün istifadə olunurdu. O, bu partlayıcının dağıdıcı gücünü daha sonra anladı və 1895-ci ildə Nobel Sülh Mükafatını təsis etmək üçün öz sərvətini vəsiyyət etdi. Bu elanı Bakıda vermək yerinə düşərdi, çünki bu gün minaları məhv etmək üçün həmin dinamitdən istifadə olunur.” - deyə Umud Mirzəyev qeyd edib.
Heidi Kuhn və Umud Mirzəyev 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi dünyadakı Minaların Məhvinin əsasının qoyulmasına dair rəsmi sənəd imzalayıblar. Onların bu təşəbbüsü onu göstərir ki, minaların mənfi təsiri səbəbindən Birləşmiş Millətlər Təşkilatının 17 DİM-lərinin həyata keçirilməsi uğurlu olmaya bilər.
Azərbaycan 2024-cü il 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək illik iqlim dəyişikliyi sammiti olan COP29 İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək.
Bu həftənin əvvəli xanım Kuhn Qarabağın minalanmış sahələrinə - bir vaxtlar yüksək keyfiyyətli üzümlərinə görə "Qara Bağ" kimi tanınan üzümçülük bölgəsinə səfər etdi. Bu gün bu sahələr həm torpağa, həm də ruha səpilmiş təxminən 1,5 milyon mina ilə çirklənmişdir.
Həmçinin, Heidi Kuhn və Umud Mirzəyev minaların partladılması və davamlı üzüm bağlarının bərpası üçün Qarabağda 100 hektar torpaq sahəsi üçün pilot layihənin keçiriləcəyini elan ediblər.
“Minalar çıxarılır və onların yerinə əkilən hər meyvə ağacı gələcək nəsillərə töhfə verir və hər əkilən ağac Yer kürəsinin ağciyərlərini bərpa etmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün karbon balansının saxlanmasını təşkil edir” – deyə, Heidi Kuhn bildirib.
“60-dan çox ölkədə təxminən 110 milyon mina var və hazırda minalar Ukraynanın 30% torpaqlarını “girov” saxlayıb və ərzaq təhlükəsizliyi böhranına səbəb olub. Bu nominasiya təhlükəsiz gələcəyin çiçəklənməsi üçün mina sahələrini davamlı kənd təsərrüfatı ilə əvəz etmək axtarışımı bir daha təsdiqləyir”.
Qeyd edək ki, hər il Nobel Sülh Mükafatı xalqlar arasında sülh və qardaşlığı təşviq etmək, silahları azaltmaq və ya ləğv etmək, sülh konqresləri keçirmək və təşviq etmək üçün ən çox fəaliyyət icra edən və iş görən şəxs və ya təşkilata verilir.
Heidi Kuhn və fəaliyyəti barədə əlavə məlumat üçün www.rootsofpeace.org saytına baxa bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm