
Politoloq: Fələstin dövlətinin yaradılması bir gerçəklikdir
Politoloq: Fələstin dövlətinin yaradılması bir gerçəklikdir
Yusif Sultanoğlu
05:07 11.06.2024
Aktual
737
Baş verən faciə İsrailin qələbəsini deyil, onun beynəlxalq izolyasiyasını gətirəcək
"İsrailin Qəzza zolağında HƏMAS radikal silahlı təşkilatına qarşı apardığı müharibə bu təşkilatın zəifləməsinə yox, güclənməsinə gətirib çıxardı".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, HƏMAS-a qarşı yalnız yumşaq güclə, diplomatik yolla qalib gəlmək olar:
"Həmas təşkilatına körfəz ərəb ölkələri, Türkiyə və İran ciddi dəstək verir. Ona görə də Qəzza zolağında İsrail ordusu HƏMAS-a qalib gələ bilmir. HƏMAS sıradan təşkilat deyil. İsrail hökuməti səhv hesablamalar apararaq Qəzzada hərbi əməliyyatlara getdi. İsrail 4 şəxsin girov götürülməsi müqabilində 200 mülki insanı öldürdü, 600-dən artıq insanı yaraladı. Baş verən bu faciə İsrailin qələbəsini deyil, onun beynəlxalq izolyasiyasını gətirəcək. Nəticədə Fələstin dövlətinin yaradılması ilə nəticələnək. Beynəlxalq siyasi konyuktura Fələstinin bir dövlət kimi tanınmasını şərtləndirir. İsrail hakimiyyəti artıq Fələstin müstəqil dövlətinin yaradılmasının fərqindədir. Məhz Qəzzada İsrail müharibə ilə öz strateji planlarına nail ola bilmədi".

Analitikə görə, İsrail Türkiyə ilə qarşı-qarşıya gəlməyə çalışır:
"Suriyanın şimalında PKK-YPG terror təşkilatına dəstək verir. İsrail "kvazidövlətdir" və onun Türkiyə kimi böyük bir ölkə ilə siyasi toqquşması öz əleyhinə işləyər. İsrail müharibə strategiyasını dayandırıb, sülh yolunu seçərsə, ABŞ-nin müdafiəsinə ehtiyac qalmaz. Artıq Baş nazir Benyamin Netanyahu müharibə cinayətkarı kimi qəbul edilir. Azərbaycan da bir müddətdən sonra Fələstini müstəqil dövlət kimi tanıyacaq. Fələstində Azərbaycan səfirliyi və Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir. Azərbaycan Fələstinə daima humanitar yardımlar edir. Müstəqil Fələstin dövlətinin yaradılması bu muharibənin qurtarması üçün əsas prosesdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm