
Zatulinin erməni sevgisi hələ bitməyib - ŞƏRH
Yusif Nəzərli
02:23 28.02.2025
Region
635
ABŞ-nin dəstəyindən əlini üzən Ermənistan Rusiya ilə bağlı "U" dönüşü etmək ərəfəsindədir
Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Zatulin tarixi saxtalaşdıran və böhtanlar üzərində qurulmuş çıxış edib. Hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağzına gələni danışıb və “ermənidən daha artıq erməniliklə” Ermənistana yaltaqlanmağa çalışıb. Halbuki, 3 ildir Zatulinin Ermənistana girişi qadağan olunub və bu şəxs "qara siyahı"ya salınıb. Ermənilərə xidmət etdiyini uca səslə bağıran Zatulin bu qadağanın səbəbini "anlamasa" da, İrəvana, xüsusilə “Lazarev klubu”nun təşkil etdiyi tədbirə gələ bilməməsindən dərin məyusluq keçirib. Görünür, erməni diasporu kisənin ağzını açıb və Zatulin yenidən "Lazerev klubu"nun tədbirinə qatıla bilib. Zatulin “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını “repressiya” adlandırıb. Həmçinin, ittiham olunan şəxslər haqda deyib ki, guya sözügedən şəxslərin hamısı Minsk qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində Azərbaycan rəhbərliyinin "tərəf-müqabili" olublar. Əlbəttə, bu, ağ yalandır. Azərbaycan rəhbərliyi yalnız və yalnız münaqişənin əsas tərəfi kimi Ermənistan rəhbərliyi ilə görüşüb. Zatulin uydurulan “erməni tarixindən” də bəhs edib, erməniləri "Qafqazın ən qədim xalqı" adlandırıb.
Zatulinin hədyanları barədə "Sherg.az"a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya rəhbəri ilə danışıqları, Ukrayna ilə müharibəni sonlandırmaq təşəbbüsləri Ermənistanda təşvişə səbəb olub. Partiya rəhbərinin fikrincə, illərdir Rusiyanı tənqid edən İrəvan hökuməti bundan narahat olmağa başlayıb:

"Son günlər müşahidə olunan odur ki, Ermənistanda müxtəlif sferalarda Rusiya ilə münasibətləri yoluna qoymağa, tənzimləməyə cəhdlər var. Hətta bu səbəbdən müxtəlif yollara əl atır, keçmiş prezidentlərin "dəstəyinə" də baş vururlar. ABŞ-nin dəstəyindən əlini üzən Ermənistan Rusiya ilə bağlı "U" dönüşü etmək ərəfəsindədir. Zatulinlərin yenidən dövriyyəyə buraxılması da bununla bağlıdır. Həmin qüvvələrin yanaşmasına görə, Ermənistan-Rusiya münasibətlərinin yaxınlaşması da ancaq Azərbaycana təzyiq və təhdidlər üzərindən həyata keçirilə bilər. Bakıda erməni separatçılarının məhkəməsi çox adil prosesdir. Məhkəmədə xarici ölkələrdən gələn vəkillər də iştirak edirlər. Bütün proses açıq, şəffaf və göz önündədir. Kimin nə arqumenti varsa, hamısı dinlənilir".
A.Nağı əlavə edib ki, erməni diasporun təlimat alan Zatulin məhkəmə prosesini qaralamağa çalışır:
"Zatulin kimi adamlar muzdla işləyirlər. Pulu kim verirsə, onu müdafiə edirlər. Bir müddət əvvəl aldığı vəsaitin kəsilməsində Paşinyan hökumətini günahlandırır, onu tənqid edirdi. Ermənistana girişinə ona görə qadağa qoyulmuşdu. İndi lazımdı deyə təkrar meydana sürüblər. Hamısı boş, mənasız cəhdlərdir, onun dedikləri də uydurmalardır. Artıq heç kim onlara inanmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya