
İrəvanda Fransaya qarşı etiraz: Ermənistan cəmiyyətində Qərb narazılığı dərinləşir
13:36 26.05.2025
Cənubi Qafqaz
414
Ermənistanın paytaxtı İrəvanda Fransa səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib. Ermənistan KİV-in yaydığı məlumata görə, aksiya Fransa xarici işlər naziri Jan-Noel Barronun səfəri fonunda “Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərə müdaxiləsi”nə etiraz məqsədilə təşkil olunub. Aksiya iştirakçıları Fransa və Aİ-ni 44 günlük müharibədə Ermənistana dəstək göstərmədiklərinə görə tənqid ediblər. Etiraz “Birgə” adlı hərəkat tərəfindən təşkil olunub. Fransa xarici işlər nazirinin səfəri zamanı İrəvanda keçirilən etiraz aksiyası Ermənistan cəmiyyətində Qərbə, xüsusilə Avropa İttifaqına və Fransaya qarşı formalaşan narazılığın artdığını göstərir. Bu narazılıq əsasən 44 günlük müharibə zamanı və sonrakı mərhələdə gözlənilən siyasi və hərbi dəstəyin verilməməsi ilə əlaqələndirilir. Lakin Ermənistan cəmiyyətinin Qərbə münasibətdə bu qədər gözlənti içində olması, əslində onların regional reallıqlardan və geosiyasi balansdan hələ də uzaq olduqlarını göstərir.
Politoloq Natiq Miri Sherg.az-a vurğulayıb ki, bu növbəti erməni xəstə təxəyyülünün təcəssümüdür:

“Ermənilər düşünürlər ki, bütün dünya onları bu müharibədə müdafiə etməliydi. Hansı ki, bu ermənilər üçün ədalətli müharibə deyildi. Çünki işğal altında qalan Azərbaycan torpaqları idi və onlar bizim 20 faiz torpaqlarımızı işğal etmişdilər. Buna baxmayaraq başqasının torpağını özününkü sayan etnosun bütün dünyadan onları müdafiə etmədiyi üçün ittiham etməsi yalnız xəstə təfəkkürün açıq şəkildə nümayişidir. Konkret olaraq Avropa və Fransanın ittiham olunmasına qaldıqda isə fərqli məqamlar mövcuddur. Müxtəlif qüvvələr var ki, onların içərisində son günlərdə hökumət əleyhinə aktivləşən Rusiya tərəfdarı olan 5-ci kolon nümayəndələri də yer alır. Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri oldu. Lavrov Ermənistan aeroportuna endikdən sonra İrəvanın mərkəzi küçələrində Lavrovun və Putinin portretlərini əlində saxlayan tənqidi və təqqiramız plakatlar nümayiş etdirilib. Yəni Rusiyanın erməni əsilli nazirinin Ermənistana səfərinə etiraz olunurdu. Bu dəfə isə biz hadisənin əksinin şahidi oluruq. Sözügedən proses Rusiya tərəfdarlarının Qərb dairələrinə verdiyi cavab kimi qiymətləndirilməlidir. Əgər 44 günlük Vətən müharibəsində ermənilər Rusiyadan gözlədiklərini ala bilmədikləri üçün Rusiya rəhbərliyini ittiham edirlərsə, indi də Fransa və Avropanın Ermənistanı müdafiə etmədikləri üçün onlar etiraz başladıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya