Kənan Hakimov: Azərbaycan çox rahatlıqla dünya çempionatına ev sahibliyi edə bilər
10:23 07.07.2025
İdman
462
Azərbaycan və Özbəkistan 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.
AFFA-dan Axar.az-a verilən məlumata görə, FİFA 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirilməsinə başlayıb. Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək, turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.
Bildirilib ki, bu gün Azərbaycan Özbəkistanla birlikdə belə nüfuzlu yarışa ev sahibliyi etməyə tam hazırdır. Ölkəmizdəki bir sıra stadionlar beynəlxalq standartlara cavab verir. Azərbaycan son illərdə bir sıra böyük turnirlərin təşkilində əhəmiyyətli təcrübə qazanıb. Bura Avro-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı daxildir. FİFA və UEFA rəsmiləri Bakıda keçirilən mötəbər turnirləri yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də dünyanın müxtəlif ölkələrindən gələcək azarkeşlərin qəlbini qonaqpərvərliyi, peşəkar yanaşması, futbola olan sadiqliyi və əlbəttə ki, futbolsevərlərin səmimi sevgisi ilə fəth etməyə hazırdır.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a bildirib ki, dünya çempionatını keçirmək üçün hazır infrastrukturumuz var:
“Həmçinin Gəncədə də stadion bu yaxınlarda istifadəyə verilməlidir. Bundan əlavə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu da təmirdən yeni çıxıb və artıq bir ildən çox müddətdə burada oyunlar keçirilir. Bakı Olimpiya stadionu, Tofiq Bəhramov adına Respublika stadionu, Neftçi Arena, Masazırda yerləşən Bank Respublika Arena və digər arenalardan həm oyun, həm də məşq üçün istifadə etmək olar. Eyni zamanda iştirakçı ölkələr bəzi klublarımızın bazalarından istifadə edə bilər. Buna misal olaraq "Qarabağ", "Neftçi, "Sabah"ın bazalarını göstərmək olar. Düşünürəm ki, Azərbaycan çox rahatlıqla Özbəkistanla birgə 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi edə bilər. Digər tərəfdən həmin müddətə kimi infrastrukturu bir qədər də yaxşılaşdırmaq üçün kifayət qədər zaman var. Ölkəmiz bu günə kimi bir sıra multi-idman yarışlarına ev sahibliyi edib. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, 2012-ci ildə futbol üzrə qızlar arasında U-17 dünya çempionatı, AVRO-2020-nin 4 oyunu Ölkəmizdə baş tutub və hər birində yüksək təşkilatçılıq qeydə alınıb. Bu sahədə təcrübəmiz kifayət qədərdir. Stadionlarımız beynəlxalq standartlara cavab verir. Düşünürəm ki, Özbəkistanla birgə namizədliyimizin qeydə alınması üçün yaxşı şanslarımız var. Aydın məsələdir ki, hər bir böyük turnir özündən sonra bir irs qoyur. Bu həm də ölkəmizdə futbolun daha da inkişafına təkan verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm