Ərdoğan PKK-nın tərksilah məsələsini kürdlərlə müzakirə etdi
16:58 07.07.2025
Gündəm
421
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada parlamentdə təmsil olunan kürd tərəfdarı Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndələri ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, görüşdə qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) tərksilah prosesi müzakirə edilib.
Hələ ki, Prezident Administrasiyası tərəfindən görüşün məzmunu və nəticələri ilə bağlı rəsmi açıqlama verilməyib.
DEM partiyası isə yayımladığı bəyanatda həmsədrləri Pervin Buldan və Mithat Sancarın PKK-nın tərksilahı ilə bağlı konkret təkliflərini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiklərini bildirib.
Qeyd olunur ki, görüşdə prosesin irəliləməsi və qarşılıqlı iradənin mövcudluğu vurğulanıb.
Türkiyə mətbuatı Prezident Ərdoğanın bu görüşünü Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının İraqa gözlənilən səfəri ilə əlaqələndirirlər.
Qeyd olunur ki, bu səfər çərçivəsində PKK-nın tərksilahı və bu prosesin nəzarəti ilə bağlı konkret məsələlərin müzakirəsi planlaşdırılır.
Türkiyə tərəfi PKK-nın terror fəaliyyətinə qarşı mübarizə aparmaqla yanaşı, bölgədə təhlükəsizliyi gücləndirmək və təşkilatın tamamilə zərərsizləşdirilməsini təmin etmək niyyətini davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə