
Pakistan-Ermənistan əlaqələri Bakının mövqeyinə təsir etmir - ŞƏRH
07:56 04.09.2025
Siyasət
411
Sülh prosesi fonunda Azərbaycan üçün narahatlıq yoxdur
Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Pakistanın Ermənistanla diplomatik münasibətləri bərpa etməsi diqqətçəkən məqamdır. Təbii ki, Azərbaycanın buna baxışı da vacib nüansdır. Məlum olduğu kimi Pakistan və Ermənistan xarici işlər nazirləri birgə bəyanat imzalayaraq iki ölkə arasında diplomatik münasibətlərin qurulduğunu elan ediblər.
Tərəflər qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində niyyətlərini bildiriblər. İki ölkə arasında diplomatik münasibətlərin qurulması tarixi hadisə kimi qiymətləndirilir. Lakin bu addım Pakistanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə və prinsipial mövqeyinə təsir etməyəcək. Pakistanın uzun illər Azərbaycan ərazilərinin işğalına görə Ermənistana qarşı qətiyyətli mövqeyi olub və diplomatik əlaqələr saxlamayıb. Ermənistanın işğalçı siyasətinə etirazını açıq şəkildə ifadə edib. Ancaq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının irəliləməsi fonunda İrəvanın Bakının müttəfiqləri ilə yaxınlaşması da normal qarşılanır.

Siyasi şərhçi, hüquqşünas Xəyal Bəşirov Sherg.az-a deyib ki, Pakistan nüvə dövlətidir və həm ərazisinə, həm əhalisinə, həm yerləşdiyi coğrafi mövqeyə görə, regionda və dünyada baş verənlərə təsir imkanlarına görə Pakistanla münasibətlərdə maraqlı olan dövlətlər çoxdur. Ekspertin fikrincə, hansısa ölkənin Pakistanla əlaqə qurmaq məsələsinə Azərbaycan-Pakistan münasibətləri fonunda baxmaq doğru yanaşma deyil:
"Bu, Pakistanın dünya səviyyəsində yaşanan proseslərə təsir imkanları ilə bağlıdır. Amma xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və 30 il ərzində işğalda saxlaması dövründə Pakistanla Ermənistan arasında münasibətlər olmayıb. Diplomatik əlaqələr qurulmayıb. Amma bu gün Azərbaycan və Ermənistan arasında Vaşinqtonda mühüm sənədlər imzalanıb, sülh sazişi sənədi paraflanıb. Artıq Azərbaycan üçün Pakistanın, həmçinin digər müttəfiqlərinin Ermənistanla münasibətləri normallaşdırması narahatedici məqam deyil. Azərbaycan özü Ermənistanla sülh prosesini müzakirə edir. O baxımdan İrəvan-İslamabad arasında buzların əriməsinə yönəlik müəyyən addımlar təbii ki, Bakının da mövqeyi nəzərə alınmaqla atılır".
X.Bəşirov əlavə edib ki, burada nümunə götürməli olan ölkə Hindistandır:
"Hindistan da anlamalıdır ki, artıq Ermənistanla Azərbaycan arasında düşmənçilik yox, sülh müzakirə olunur. Hindistan bunu bəhanə edərək Azərbaycanla münasibətləri pisləşdirməyə davam etməməlidir. Bu, bizim üçün xoşagəlməz haldır. Yaxşı olar ki, Hindistan Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın Ermənistanla münasibətlərindən düzgün nəticə çıxarsın, Bakı ilə münasibətlərini normallaşdırsın. Əlaqələri düzəltmək istəmirsə belə, ən azından hansısa quruma üzvlüklə bağlı bloklama kimi birbaşa qərəzli addımlar atmasın. Əks halda biz də beynəlxalq platformalarda eyni addımları atacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm