ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi

İranın dəniz blokadasını nə qədər uzadarlarsa, dünya ölkələrinə dəyən ziyan bir o qədər çox olacaq. Biz dəniz blokadasına dözməyəcəyik. Səbrimizin bir həddi var və Silahlı Qüvvələr hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu sözləri SEPAH-ın keçmiş komandanı və İran ali rəhbərinin müşaviri Möhsün Rzayi ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası ilə bağlı deyib.

“Hörmüz boğazı ticarət üçün açıqdır, ancaq hərbi əməliyyatlar üçün açıq olmayacaq. Blokadanın uzadılması yalnız İrana deyil, dünya ölkələrinə də ciddi ziyan vurur”, - Rzayi bildirib.

O, yaxın günlərdə yeni eskalasiya ehtimalına da toxunaraq ABŞ-ın “çıxılmaz vəziyyətdə” olduğunu və Amerika ordusunun cənub sahilinə giriş planlarının yüksək risk daşıdığını bildirib.