Ankarada NATO sammiti öncəsi xüsusi əməliyyat...

Türkiyənin paytaxtı Ankarada NATO sammiti öncəsi (7-8 iyul) terror şəbəkələrinə qarşı əməliyyat keçirilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 225 şübhəli şəxs saxlanılıb.

Ankara Cümhuriyyət Prokurorluğun açıqlamasına görə, polis bölməsində prosedurları tamamlanan 135 #şübhəlidən 6-sı sərbəst buraxılıb, 129-u isə həbs tələbi ilə sülh cəza məhkəməsinə göndərilib.

Məhkəməyə gətirilən şübhəlilərdən 103-ü həbs edilib, 26-sı isə xüsusi nəzarət altına alınıb.