Türkiyə Gönüllü Təşkilatlar Vəqfi (TGTV) Müvəkkillər Heyətinin sədri Bilal Ərdoğan 17-ci Milli İradə Görüşündə “Terrorsuz Türkiyə” prosesinə dəstək ifadə edib.
Sherg.az xəbər verir ki, Ərdoğan Türkiyənin mühüm dönüş nöqtəsində olduğunu bildirərək ölkənin güclənməsi üçün daxili problemlərin həll edilərək geridə qoyulmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, TGTV və Milli İradə Platforması Türkiyə Böyük Millət Məclisində qəbul edilən son qanunla başlanan yeni prosesdə parlamentin, dövlətin və Prezident Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu bəyan etmək üçün bir araya gəlib.
Bilal Ərdoğan həmçinin prosesin dünyada sülhün möhkəmlənməsinə, müharibələrin və soyqırımların sona çatmasına, zərərçəkənlərin ədalətə qovuşmasına töhfə verməsini arzulayıb.
Görüşdə TBMM sədri Numan Kurtulmuş, deputatlar, MÜSİAD rəhbərliyi, müxtəlif fond və dərnəklərin nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.