Ərdoğan: Hörmüz boğazından keçid pulsuz olmalıdır

“İstəyərdik ki, Hörmüz boğazından keçid pulsuz və rüsumdan azad olaraq həyata keçirilsin”.

APA xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “əl-Cəzira” telekanalına müsahibəsi zamanı deyib.

O, bunun daha uyğun və praktik bir yanaşma olacağını və qlobal gəmiçilik və ticarətə müsbət təsir göstərəcəyini bildirib.