Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o bu fikirləri Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirib.
"Türkiyə-Rusiya münasibətləri hazırda tarixin istənilən dövrü ilə müqayisədə daha yüksək səviyyədədir. Rusiyalı turistlərin Türkiyə üçün əhəmiyyəti böyük və çoxşaxəlidir. Bu gün Rusiyadan gələn qonaqlar Antalyaya yönələn turist axınının ən mühüm tərkib hissələrindən birini təşkil edir", - deyə Ərdoğan qeyd edib.
O əlavə edib ki, bununla yanaşı, iki ölkə kənd təsərrüfatı, enerji və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrini davam etdirir.