Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb

Ermənistan ordusunun hərbçisinin güllələnmiş meyiti aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 13-də N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qriqor Edqaroviç Zakaryanın güllələnmiş meyiti tapılıb.

Faktla bağlı istintaq aparılır.