Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisinə nə vaxt başlayacaq?

Ermənistan İranla sərhəddə, Araz çayı üzərində ikinci körpünün tikintisinə başlanma tarixini hələ müəyyən etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.

“Araz çayı üzərində ikinci körpünün tikintisi məsələsi hazırda hələ də İran tərəfi ilə müzakirə mərhələsindədir və bununla əlaqədar qarşıya qoyulan suallarla bağlı məlumat təqdim etmək mümkün deyil”, - qurum qeyd edib.

Araz üzərində yeni körpünün planlaşdırılması üzrə işlər 2023-cü ilin sonunda başlayıb. Söhbət 1995-ci ildə inşa edilmiş körpüyə paralel yeni körpünün tikintisindən gedir. Tehran və İrəvan 2025-ci ilin avqustunda bu barədə razılığa gəlib.