Ermənistanda qida çatdırılması ilə məşğul olan kuryerlərin təxminən 10%-i yoxlanılıb.
Sherg.az xəbər verir ki, Qida Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, avqustun ilk 10 günündə 237 kuryer yoxlanılıb və onların demək olar ki, hamısında tibbi (sanitariya) kitabçası olub.
Müfəttişlik yoxlamaları İrəvan və digər bölgələrdə davam etdirəcək. Yeni qaydalara əsasən, tibbi kitabçası olmayan şəxslər qida kuryeri kimi qeydiyyata alına bilməz.
Sanitariya kitabçasının olmamasına və ya məcburi tibbi müayinədən keçməməyə görə İnzibati Xətalar Məcəlləsi 40-50 min dram (110-137 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutur. Təkrar pozuntu halında isə cərimə 80-100 min dram (220-274 ABŞ dolları) təşkil edir.