Ermənistanda müxalifət təmsilçisi David Kazinyan saxlanılıb

Ermənistanda “Güclü Ermənistan” blokunun nümayəndəsi David Kazinyan saxlanılıb.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, bundan əvvəl Mərkəzi Seçki Komissiyası deputatlığa namizəd olan Kazinyanın toxunulmazlığını ləğv edib. O, artıq ilkin istintaq orqanına aparılıb.

Kazinyanın vəkili Aram Vardevanyan daha əvvəl bildirmişdi ki, cinayət işi “rüşvət verməyə hazırlıq” ittihamı ilə bağlıdır. Onun sözlərinə görə, ittiham siyasi xarakter daşıyır.