Ermənistanda qanunsuz mənşəli əmlakın 100 faizi müsadirə ediləcək - Paşinyan

Ermənistanda qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı mövcud razılaşma mexanizmi ləğv ediləcək. Sherg.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırkı mexanizm qanunsuz əldə edilmiş əmlakın 75 faizinin dövlətə qaytarılması, 25 faizinin isə saxlanmasına imkan verir. Yeni dəyişikliklə bu imkan aradan qaldırılacaq və qanunsuz mənşəli əmlakın 100 faizi müsadirə ediləcək.

“25 faiz artıq olmayacaq. Biz belə bir imkan yaratdıq, lakin 8 il ərzində bundan istifadə edilmədi. İndi 100 faizi geri qaytarmalıyıq. Yaxın vaxtlarda qanunvericiliyə dəyişikliklər ediləcək”,- Paşinyan deyib.

O, həmçinin Ermənistanın ikinci prezidenti Robert Köçəryan və keçmiş maliyyə naziri Qaqik Xaçaturyan barəsindəki cinayət işlərinə toxunub.