Bizim Azərbaycan, Türkiyə və Ermənistan ilə əla münasibətlərimiz var. Biz, həmçinin Orta Asiya ölkələri ilə münasibətlərimizi maksimum inkişaf etdiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistana səfərinin nəticələri ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
Baş nazir bildirib ki, tezliklə Qazaxıstana səfər edəcək, Özbəkistan və Türkmənistan prezidentləri isə iyul ayında Gürcüstana səfər edəcəklər.
“Tranzit funksiyasının gücləndirilməsinə böyük investisiyalar qoyulur, eyni zamanda, qonşu ölkələrlə münasibətlərin inkişafına böyük əhəmiyyət verilir. Bu, bizim əsas prioritetlərimizdən biridir”, - deyə İrakli Kobaxidze bildirib.