İran İsraillə atəşkəsin pozulması xəbərini təkzib etdi

Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İranın İsrail ərazisinə raket zərbələri endirdiyi iddiası yalandır.
Teleqraf xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə iki ballistik raket atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnallarının işə salındığı və İranın hava məkanı üzərində iki ballistik raketinin vurulduğu bildirilib.
ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.