“İran Silahlı Qüvvələri ABŞ-nin heç bir təxribatçı addımını cavabsız qoymayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Ayıq-sayıq olmalı və düşmənin hərəkətlərini izləməliyik. Silahlı Qüvvələrimiz tərəfindən heç bir təxribat cavabsız qalmayacaq”, - o, mətbuat konfransında bildirib.
İran XİN-in sözçüsü həmçinin vurğulayıb ki, ABŞ anlaşma memorandumu üzrə çoxsaylı pozuntularına görə məsuliyyət daşımalıdır.