İrəvandakı Milli Olimpiya Komitəsinin idman bazasının əməkdaşları və burada məşq edən idmançılar kompleksin sahibi Qaqik Tsarukyana dəstək aksiyası keçiriblər. Onlar fəaliyyətin bərpa olunmasını tələb ediblər.
Sherg.az xəbər verir ki, məşqçilərin sözlərinə görə, kompleksin bağlanması uşaqların və idmançıların beynəlxalq yarışlara hazırlığını çətinləşdirib. Onlar bazanın bağlanmasının yüzlərlə idmançının məşq prosesinə mənfi təsir göstərdiyini bildiriblər.
Qeyd edək ki, Tsarukyana məxsus digər müəssisələrin əməkdaşları da bu gün ona dəstək aksiyaları təşkil ediblər.