Nepalda "Dhurbe" ləqəbli vəhşi fil 14 il əvvəl öldürdüyü ailənin daha iki üzvünə hücum edərək onları öldürüb.
Sherg.az xəbər verir ki, hadisə Çitvan Milli Parkı yaxınlığında baş verib. Fil yaşayış evinə hücum edərək 25 yaşlı Aşika Bote və onun 4 yaşlı oğlunu tapdalayaraq öldürüb. Ailənin digər üzvləri isə yandırılan samanın alovu sayəsində xilas ola biliblər.
Məlumata görə, "Dhurbe" 2009-cu ildən bəri ümumilikdə 25 nəfərin ölümünə səbəb olub. Buna baxmayaraq, heyvanın məhv edilməsinə icazə verilməyib. Səlahiyyətlilər onun davranışına nəzarət etmək üçün yenidən izləmə qurğusu taxmağı planlaşdırırlar.
Mütəxəssislərin fikrincə, vəhşi fillərin təbii yaşayış mühitinin daralması və erkək fillərdə müşahidə olunan hormonal dəyişikliklər onların aqressiv davranışına səbəb olan əsas amillərdəndir.