
İrəvanın sərgilədiyi çıxışlar elə dolayısı ilə KTMT-dən çıxmaq deməkdir -Analitik
09:36 23.01.2025
Region
496
Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dondurulmasını dayandırmayacaq.
Bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda bildirilir ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə “yararsızlığı” və “həyatqabiliyyətsizliyi” 2025-ci ildə çətin ki, dəyişsin.
Ona görə də, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalı azdır.
Qeyd edək ki, Ermənistan KTMT-də iştirakını cari ilin fevral ayında de-yure dondurub. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, buna səbəb sözügedən təşkilatla bağlanmış sazişin Ermənistana nəticə verməməsi olub.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, bu, Ermənistanın növbəti söz oyunudur:

"Ermənistan tərəfi KTMT və Rusiyanın hegemon olduğu digər bütün təşkilatlarla əlaqələri tamamilə kəsmək niyyətindədir. Sadəcə hər hansı və narahatçılıqlardan bunu birbaşa açıq şəkildə etiraf etmirlər. Həmçinin istəklərini müxtəlif variantlarla gündəmə gətirirlər. Ermənistan KTMT-də gah fəaliyyətini dondurduğunu, gah da ümumiyyətlə yer almaq istəmədiyini bildirir. Məhz 2025-ci ildə də bu siyasəti davam etdirəcəkləri gözlənilir. Əslində rəsmi İrəvanın sərgilədiyi çıxışlar elə dolayısı ilə KTMT-dən çıxmaq deməkdir. Eyni zamanda ABŞ-la tərəfdaşlıq müqaviləsi imzalayan və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmağa çalışan Ermənistan Rusiyanın hegemon olduğu təşkilatlarda işini dayandırıb çıxmağa çalışır. Digər tərəfdən rəsmi Moskvanın buna münasibət bildirməsi gözləniləndir. Rusiya hərbi-siyasi rəhbərliyi hələ qeyri-müəyyən olan bir sıra məsələləri aydınlaşdırdıqdan sonra Ermənistanın addımlarını cavabsız qoymayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İllərlə muzeydə sərgilənən hərbi texnika Ukraynaya göndərildi
20:49 17.08.2026
Dünya
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya