Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Hayk Konjoryanın qardaşı Avet Konjoryanın döyülməsi ilə bağlı 5 nəfər saxlanılıb.
Sherg.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, onlar bir qrup şəxs tərəfindən fiziki zorakılıq törətməkdə ittiham olunurlar.
İlkin məlumata əsasən, Avet Konjoryan "Million Mining" şirkətinin direktoru Babken Ovakimyan, Abovyan icmasının nümayəndəsi Nairi Akopyan və onların tanışları tərəfindən döyülüb. Hadisə iyulun 24-də baş versə də, görüntülər sonradan yayılıb.