Pezeşkian: İranın problemi həll yolunun yox, problemi həll edəcək insanlarının olmamasıdır

“ABŞ ilə müharibənin davam etdirilməsinin tərəfdarı deyiləm”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Müharibənin davam etdirilməsinin tərəfdarı deyiləm, amma mümkün proseslər qarşısında ölkənin dayanıqlılığını artırmalıyıq. Dayanıqlılığı artırmaq üçün elə bir yol keçməliyik ki, düşmənlə başqa vəziyyətdə danışıqlar aparmaq məcburiyyətində qalmayaq”, - dövlət başçısı bildirib.

Məsud Pezeşkian İrana kənar iqtisadi müdaxilələrə də diqqət çəkib: “İqtisadi müdaxilələr cəmiyyətin vəziyyəti nəzərə alınmaqla həyata keçirilməlidir, əks halda müalicə etmək əvəzinə zərərli nəticələrə gətirib çıxaracaq”.

Prezident qeyd edib ki, problemlərin həlli üçün daxildən hökumətə dəstək verilməlidir: “Problemlərin həlli üçün hökumətə kömək edilməlidir. Mən təklif istəmirəm, bizim problemimiz həll yolunun olmaması deyil, problemləri həll edə biləcək insanlara ehtiyacımız var”.