“Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarusla birgə nüvə qüvvələri təlimini şərh edərkən deyib.
“Nüvə triadamız tələb olunan səviyyədə qalacaq. Onilliklər əvvəl planlaşdırılan hər şeyi edirik”, - o vurğulayıb.
Vladimir Putin nüvə qüvvələrinin təlimini daha da təkmilləşdirməyi və onların bütün komponentlərini inkişaf etdirməyi vacib hesab edir:
“Strateji və taktiki nüvə qüvvələrinin təlim səviyyəsini artırmağa və onların bütün komponentlərini inkişaf etdirməyə davam etmək vacibdir”.
Həmçinin qeyd edib ki, Rusiya və Belarus orduları birgə təlim üzrə tapşırıqları tam yerinə yetiriblər.