Putinin G20-yə dəvət edilməsinə Kremldən cavab

Dəvətə görə ABŞ-a minnətdarıq, bunu alqışlayırıq.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət edilməsinə münasibət bildirərkən deyib.

“Qərarımızı dəqiqləşdirib və məsələni diplomatik kanallar vasitəsilə işləyəcəyik”, – Peskov qeyd edib.