Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bikarbonat ionu, xloridlər və sulfatların həddindən artıq səviyyəsi aşkar edildiyi üçün Ermənistandan "Cermuk" mineral sularının idxalını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib.
Axar.az xəbər verir ki, agentliyin rəhbəri Sergey Dankvert bunu "Rossiya 24" kanalında açıqlayıb.
Məlumata görə, məhsulların müalicəvi xüsusiyyətləri barədə yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər. Qeyd olunur ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun gəlmir.
Bundan başqa, "Rosselxoznadzor" Ermənistandan gələn meyvə-tərəvəz təchizatı ilə bağlı problemlər barədə məlumat verib.
Qeyd olunub ki, Rusiya müfəttişləri artıq yerindədir və istixanaları yoxlamağa davam edirlər. Qurum yoxlama başa çatdıqdan sonra əlavə qərarlar qəbul edəcək.
Xatırladaq ki ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb.