Rusiya İrana təzyiq göstərir? - Nebenzya açıqladı

İran suveren dövlətdir və Rusiya Vaşinqtonla danışıqları bərpa etmək üçün Tehrana təzyiq göstərmir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

"Rusiya prinsip etibarilə heç kimə, istər İrana, istərsə də başqa bir ölkəyə təzyiq göstərmir. İran öz qərarlarını verən suveren dövlətdir", - deyə o, jurnalistlərin müvafiq sualına cavabında deyib.