Rusiya Xarici İşlər Nazirliyi hökumətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vizalarının təcili işlənməsi üçün konsulluq rüsumlarının ikiqat artırılmasını təklif edib.
Teleqraf xəbər verir ki, müvafiq qərar layihəsi rəsmi hüquqi informasiya portalında dərc edilib.
Bunlar üç gün ərzində verilə bilən təkgirişli, ikigirişli və çoxgirişli vizalardır. Sənəd təsdiqlənərsə, təcili təkgirişli vizanın qiyməti 100 dollardan 200 dollara, ikigirişli vizanın qiyməti 160 dollardan 320 dollara, çoxgirişli vizanın qiyməti isə 300 dollardan 600 dollara qədər artacaq.
Sənəd hazırda müstəqil antikorrupsiya ekspertizasından keçir.