Sarukyan: Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik

“Azərbaycan intensiv şəkildə Ermənistanın Rusiyada çıxdığı bazarlara daxil olur”.

Teleqraf xəbər verir ki, bunu müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın həbsxanadan göndərdiyi mesajında deyib.

“Mən Ermənistandan müxtəlif istiqamətlərdə, təkcə Avropaya deyil, həm də ərəb dünyasına, ABŞ-a və s. ixracın tərəfdarıyam, amma əsas ixrac bazarını (Rusiya) bir gündə, bir ayda və ya hətta bir ildə tamamilə dəyişdirmək mümkün deyil. Köhnə bazarı, köhnə iqtisadi əlaqələri məhv etmədən, sakit, bacarıqlı və səbirli şəkildə yeni bazara daxil olmalıyıq. İndi isə tam əksini edirik. Azərbaycan intensiv şəkildə çıxdığımız bazarlara daxil olur. Ənənəvi bazarları itirdikdən sonra köhnə mövqelərə qayıtmaq olduqca çətin, bəzi hallarda isə sadəcə mümkün olmayacaq. Real həyatda yaşayanlar və işləyənlər bunu çox yaxşı bilirlər. Ofislərdə yaşayanlar bunu təsəvvür belə edə bilməzlər”, - o bildirib.

Qaqik Sarukyan əlavə edib ki, Ermənistan çox ciddi geosiyasi və iqtisadi problemlərlə üzləşib.