Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində avqustun 30-da Girnə limanı yaxınlığında baş vermiş gəmi qəzasının 15 qurbanının meyitlərinin axtarışı davam edir.

AZƏRTAC xəbər verir ki, ŞKTC-nin Baş naziri Ünal Üstel sentyabrın 5-də səhər saatlarında batmış gəminin 13-cü sərnişininin meyitinin aşkar edildiyini bildirib.

“13 nəfərin həlak olduğunu rəsmi şəkildə təsdiqləyirik, daha 15 nəfər isə itkin düşmüş hesab olunur”, – deyə o bildirib.

Onun sözlərinə görə, əməliyyat artıq yeddinci gündür Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə davam edir.

“Filo Jet” gəmisinin qalıqları 550 metrdən çox dərinlikdə yerləşir.