Ermənistan Milli Assambleyasının keçmiş sədri Alen Simonyan, yaxın vaxtlarda üçüncü dəfə evləndikdən sonra toy mərasimi keçirməyə qərar verib. Bu barədə “Joqovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, mərasimin sentyabrın 5-də paytaxt restoranlarından birində keçirilməsi planlaşdırılır.
Keçmiş parlament spikeri toya siyasi elitanın bütün nümayəndələrini dəvət edib. Lakin əsas intriqa hazırkı siyasi vəziyyət fonunda Simonyanın Nikol Paşinyanla münasibətlərində yaranmış “soyuqluq” nəzərə alınmaqla, Ermənistanın baş nazirinin ziyafətdə iştirak edib-etməyəcəyidir.
Simonyanın nişanlısı siyasətçidən 20 yaş kiçik olan 26 yaşlı model Anelya Qubryandır. Onlar fevral ayında nişanlanıb, bir neçə ay sonra isə nikahlarını rəsmi şəkildə qeydiyyatdan keçiriblər.
Ötən ilin yayında Simonyan Mariam Markaryandan boşanıb. Həmin vaxt mətbuatda onun gənc modellə münasibətdə olduğu barədə məlumatlar yayılmışdı.