
Tbilisinin Avropaya inteqrasiya xəttindən imtina etməsi ABŞ-nin də xoşuna gəlmir -ŞƏRH
12:42 22.05.2025
Region
322
ABŞ administrasiyası hələ Gürcüstanla bağlı aydın və formalaşmış mövqeyə malik deyil.
Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət katibi Marko Rubionun Senatda rəsmi Tiflislə bağlı sualdan yayınmasına münasibət bildirərkən deyib.
“Bu gün eşitdiklərimiz onu göstərdi ki, məsələ hələ də ABŞ dövlət katibi tərəfindən müzakirə mərhələsindədir. Yəni Birləşmiş Ştatlar regionumuzda öz milli maraqları baxımından hansı siyasəti yürütməli olduğunu müəyyən etməyib. Dövlət katibi açıq şəkildə bildirdi ki, bu suala bu gün cavab verməyə hazır deyil”, - M.Boçorişvili vurğulayıb.
Nazir qeyd edib ki, bu mövqesizlik Gürcüstan hökumətinə qarşı mənfi rəy kimi qiymətləndirilməməlidir:
“Bu, Gürcüstan hakimiyyəti ilə bağlı qiymətləndirmə sayıla bilməz. Belə bir rəy üçün heç bir əsas yoxdur. Biz ABŞ ilə sistemli və səmərəli əməkdaşlıq etmişik və bu, davam edir”.
Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio Senatda Gürcüstanla bağlı suala cavab verərkən, hələ bu məsələ üzrə dəqiq mövqenin müəyyən olunmadığını qeyd edib.
Politoloq Turab Rzayev Sherg.az-a söyləyib ki, ABŞ Dövlət Departamentində gürcülərə qarşı mənfi rəy var:

"Bunun səbəbləri kimi Gürcüstanın Rusiya-Ukrayna tərəfinə keçməsi, ABŞ-nin strateji maraqlarına zərbə vurması, Moskva-Pekin əməkdaşlığına şərait yaratmasını göstərmək olar. Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra bir sıra məsələlərdə ABŞ-nin maraqlarını nəzərə alır, o cümlədən ümumi dünya polisi rolunu oynamaq istəmir. Tbilisinin Avropa və NATO-dan inteqrasiya xəttindən imtina etməsi ABŞ-nin xoşuna gəlmir. Hətta Trampın komandasındakı bəzi üzvlər seçki ərəfəsində Gürcüstana göz dağı verəcəyini və cəzalandıracağını demişdi. Digər tərəfdən Ağ Ev Rusiyanı hələ ki tam düşmən gözündə görmür. Ona görə də sırf Moskva ilə əməkdaşlıq üçün Gürcüstana qarşı böyük təzyiqlər etməyi planlaşdırmır".
Politoloq qeyd edib ki, ABŞ dövlət katibinin bu məsələlərdən qaçması onu göstərir ki, Tbilisiyə qarşı konkret mövqe formalaşmayıb:
"Əgər Ukrayna müharibəsi ilə bağlı Rusiya-ABŞ razılaşması baş tutarsa, Gürcüstana təzyiq tətbiq olunmayacaq. Əksinə, Putin müharibə barədə razılaşma mövzusunda Trampı aldadarsa, nəticə etibarilə Gürcüstana qarşı münasibətlər pisləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə