Türkiyə təbii sərvətlər qarşılığında İraqda infrastruktur yeniləmələrində iştirak edəcək

Türkiyə təbii sərvətlər qarşılığında İraqda nəqliyyat infrastrukturunun yeniləmələrində iştirak edəcək.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə anlaşma İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

Bununla yanaşı, iki ölkə arasında təhsil, idman və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan daha dörd anlaşma imzalanıb.

İmzalanan sənədlərin detalları açıqlanmayıb.