Türkiyədə Halkalı-İstanbul Hava Limanı-Gayrəttəpə Metro Layihəsinin son mərhələsi olan Halkalı-Arnavutköy xətti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.
Sherg.az xəbər verir ki, Nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib ki, yeni xətt İstanbulun digər relsli nəqliyyat sistemləri ilə inteqrasiya olunacaq.
Açılışdan sonra Halkalıdan İstanbul Hava Limanına 30 dəqiqəyə, Gayrəttəpədən isə 25-27 dəqiqəyə çatmaq mümkün olacaq. Saatda 120 kilometr sürətlə hərəkət edəcək metro Türkiyənin ən sürətli metro xətti hesab olunur.
Nazirin sözlərinə görə, yeni xəttin istifadəyə verilməsi ilə İstanbulun metro şəbəkəsinin uzunluğu 400 kilometrə yaxınlaşacaq.