Rusiya donanması Hərbi Dəniz Akademiyasının tələbəsi Marina Miqunovanın peyk fotoşəkillərini tədqiq edərkən Şimali Buzlu okeanında tapdığı beş kiçik adaya kəşfiyyat xarakterli səfər edib.
Tələbənin tapdığı adalar rəsmi olaraq Rusiyanın xəritəsinə daxil edilib.
M.Miqunova adaları 2016-cı ildə kəşf edib. Buzlaqların əriməsi nəticəsində əmələ gələn adaların sahəsi 900-54,500 kavadratmetr arasında dəyişir.
Fəxri diplomla təltif edilmiş M.Miqunova Şimal donanmasının tərkibində okeanoloq kimi avqustun 27-də həmin adalara gedib. Adaların birində kəşflə əlaqədar olaraq yazı və içində fotoşəkillər olan CD qoyulub.