Nəsili tükənməkdə olan oxlu kirpi tapılıb


Türkiyənin Şırnak bölgəsinin Beytüşşebap qəsəbəsində yaralı, nəsili tükənmək təhlükəsi altında olan oxlu kirpi tapılıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Beytüşşebapın Mutluca kəndində yaşayan Hurşit Əngin tapdığı yaralı oxlu kirpini müalicəsi üçün Mahal Əkinçilik və Meşə Müdirliyi qruplarına təslim edib. Baytar həkimlər tərəfindən müalicəsi tamamlanan oxlu kirpi, yenidən təbii həyata qaytarılıb.