Türkiyənin Boğazkənd məhəlləsində bələdiyyə xalq çimərliyində nəhəng dəniz tısbağası tapılıb. Tısbağanın qayalıqdan çıxdığını görən çimərlik zabiti Engin Açıkgöz polis qrupundan kömək istəyib. E.Açıkgöz və polis məmurları birlikdə heyvanı sahilə çıxarıb.
"Sherg.az" türk mətbuatına istinadən bildirir ki, daha sonra vəziyyət aidiyyəti qurumlara bildirilib. Qruplar öldüyü təsbit edilən heyvanın bir növ Nil Tısbağası olduğunu müəyyən edib. Müayinədən sonra tısbağa sahildə uyğun bir yerə basdırılıb.
Hadisə şahidi Engin Açıkgöz gördüklərini belə ifadə edib:
"Dənizdə bir cisim gördüm. Yanına yaxınlaşdım. Çimərlikdən 5-6 metr məsafədə tısbağanın öldüyünü gördüm. Polis məmurları ilə birlikdə onun yanına gəldik. Lazımi yerlərə məlumat verdik, tısbağanın Nil tısbağası olduğunu öyrəndik. Müayinədən sonra zabitlər onu sahildə basdırdılar".