ABŞ-ın "Gateway" Fonduna bağlı "Orbital Assembly Corporation" (OAC) tərəfindən hazırlanan "Voyager Station " dünyanın ilk kosmik otelinə ev sahibliyi etməyə hazırlaşır.
"Sherg.az" Sputnik-ə istinadən bildirir ki, dünyanın alçaq orbitində yerləşəcək otelin inşasının 2025-ci ildə başlaması nəzərdə tutulur.
Onun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, "Kosmik otel" Yer ətrafında səyahətini hər 90 dəqiqədən bir başa çatdıracaq.