O ölkədə 3 milyondan artıq göl var

Yap adasında isə pul əvəzinə qaya parçalarından istifadə edirlər

Dünyamız bir-birindən fərqli mədəniyyətlərin ümumi evidir. Bu ümumi evdə hər ölkə, hər xalq öz adət-ənənəsini yaşatmağa çalışır. Səyahət etdiyimiz ölkələrdə bizə təəccüblü görünən adətlərlə qarşılaşırıq. Bəzi adətlər hətta heyrətedicidir. “Şərq” “Milliyet.com”a istinadən bu qəribəlikləri oxucularla bölüşür. 

- Çində tualet kağızı oğurluğu çox yayqın olduğu üçün ictimai tualetlərdə kağız qoyulmur. Əgər ictimai tualetdən istifadə etmək istəsəniz, tualet kağızını özünüz gətirməlisiniz. Ancaq ölkəyə gələn turistlərə bu qaydanı anlatmaq çətin olduğundan Çin hökuməti ictimai tualetlərdə “üz tanıma” sistemindən istifadə edir. Bir nəfər sadəcə, bəlli bir miqdarda salfet alaraq tualetə daxil olur.   

- Eyfel qülləsində turistlərin yoğun marağını təmin etmək üçün hər gün 600 nəfər çalışır.  

- Çin səddinin gücü düyüyə bağlıdır. Səddin inşasında düyü unu ilə sönmüş əhəng qarışdırılaraq tağlar bir-birinə yapışdırılıb. 

- Kanadada 3 milyondan artıq göl var. Bu da dünyadakı göllərin 60 faizi deməkdir.  

- Taylandın paytaxtı Banqkokun adı 168 hərfdən ibarətdir. Şəhərin tam adı “Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit”. Kimsə bu adı söyləyə bilməyəcəyindən qısaca “Bangkok” şəklinə salınıb. 

- Sakit okeanın cənubunda yerləşən Yap adasında isə puldan istifadə edilmir. Bu adanın sakinləri pul əvəzinə “rai” adını verdikləri nəhəng qaya parçalarından istifadə edirlər. Ada xalqı ortasında dəlik olan bu nəhəng qaya parçalarından az qala bütün məsələlərdə - toy mərasimlərində, torpaq sahələrinin alınmasında, hətta gündəlik alış-veriş zamanı bir adamdan digərinə ötürməklə pul əvəzində istifadə edirlər. Hər qaya parçasının dəyəri ölçüsünə və hardan gətirildiyinə bağlıdır. Əgər qaya parçası uzaq məsafədən gətirilibsə, qiyməti baha hesablanacaq. Hətta qaya parçasını gətirən adam vəfat etsə belə, yenə o, digərlərindən dəyərli olacaq. 

- Taksi qiymətlərinin ən ucuz olduğu ölkə isə Misir və Hindistandır. İsveçrə isə taksi yolçuluğunun ən bahalı olduğu ölkədir. 

- “Piramidalar hansı ölkədə daha çoxdur” soruşulsa, əksəriyyət Misiri düşünər. Lakin piramidaların ən çox olduğu ölkə Misir deyil, Sudandır. Misirdə 118, Sudanda isə 220 piramida var. 

- Dünyanın ən böyük piramidası da fərz etdiyimiz kimi Misirdəki Xeops və ya Tutanxamonun piramidası deyilmiş. Heyrətli olsa da, dünyanın ən böyük piramidası Meksikadadır. Bu, Böyük Cholula piramidasıdır. Bu piramida zamanla torpaq və yaşıllıqla örtülüb, görünməz olub. Ona görə də fərq edilməyib. Üzə çıxarıldıqda isə onun Misirdəki Xeops piramidasından 4 dəfə böyük olduğu müəyyənləşib.  

Hazırladı: Məlahət