Açar qızıldandı


İran şahlarının avtomobilləri sərgilənir 

İranın paytaxtı Tehranda Tarixi Avtomobillər Muzeyində Nəsrəddin şah və Rza şah Pəhləvinin XIX və XX əsrlərdə istifadə etdikləri avtomobillər sərgiyə çıxarılıb. Bunlar “Mersedes”, “Cadillac”, “Rolls Royse”, “Porsche”, “Ferrari”, “Maserati”, “Lombarghini”, “Chreyler” kimi dünyanın məşhur avtomobil markalarının yeganə, ya da məhdud sayda istehsal olunan nümunələridir. İranda 1848-1896-cı illərdə hökm sürən Qazcarlar xanədana mənsub olmuş Nəsrəddin Şaha aid “Nasiri faytonu” adlı atlı araba və 1909-1925-ci illərdə ölkənin şahı olmuş Əhməd Şah Qacara aid 1922-ci il istehsalı “Panther-Laser” avtomobili də muzeydə sərgilənir. Pəhləvi sülaləsinin qurucusu Rza Şah Pəhləvi, oğlu Məhəmməd Rza Pəhləvi və həyat yoldaşları Fərəh və Sürəyya Pəhləvilərə mənsub avtomobillər də muzeydə ən çox maraq doğuran eksponatlardır. Bu avtomobillər həm də həddindən artıq bahalıdır. Məsələn, Məhəmməd Rza Şahın “Pierce-Arrow A Model” avtomobili o dönəm üçün təqribən ölkə büdcəsinin 8-də 1-i qədər olub. Avtomobil qızılla bəzədilib. Şahın istifadə etdiyi avtomobil dünyada sadəcə 1 ədəd istehsal edilib. Bu avtomobilin 2 açarı var ki, biri gümüşdən, biri isə qızıldandır. Gümüş açarla çalışdırıldığında avtomobil yalnız 2 sürətlə hərəkət edə bilir və saatda 30 kilometr sürət ala bilir.  Qızıl açarla hərəkətə gətirildiyində isə 4 sürət işə düşür və 170 kilometr sürətlə hərəkət edir. Muzeydə 55 avtomobil, 4 motosiklet və 2 səltənət faytonu sərgilənir.