18 yaşlı gəlin... 


Mərasimə 73 sağdışı, 7 rəfiqəsi ilə gəldi

   İrlandiyada keçirilmiş toy məraismi ölkənin gündəmini zəbt edib. 18 yaşlı Chantelle Kielly evlilik qərarı və keçirilən toy mərasimi günlərlə müzakirə mövzusu olub.  Gəlin toya 73 sağdış, 7 rəfiqə ilə gəldikdə isə müzakirələr daha da qızışıb. Chantelle Kielly uşaq yaşlarından təmtəraqlı toyları sevib. Gənc qız  mütləq özünün də təmtəraqlı toyla gəlin köçəcəyini daim söyləyirmiş. Chantelle dayısı oğluyla evlənib. Belə evliliklərsə İrlandiyada xoş qarşılanmır. Gənc qız toyu haqqında hamı bilsin, haqqında danışılsın deyə, bütün qəsəbəni toya dəvət edib. Özü isə toy məclisinə 73 sağdış və 7 rəfiqəsi ilə gəlib. Gəlinlik isə məşhur moda evinin üzəri 20 min qaşla bəzədilmiş libası imiş. Evliliyi 2 şəxs arasındakı özəl münasibət hesab edən qəsəbə sakinləri isə bu qədər təmtərağa ehtiyac duyulmadığı qənaətindədir, bu səbəbdən də toyla bağlı rəylər heç də müsbət olmayıb.